Tanınmış vəkil Ruhid Əkbərova hökm oxunub.


Dələduzluqda ittiham olunan tanınmış vəkil Ruhid Əkbərova hökm oxunub.

13 saylı Vəkil Bürosunun vəkili Əkbərov Ruhid Rəşid oğlunun cinayət işi üzrə məhkəmə prosesi Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilib.

Martın 11-də keçirilən sonuncu prosesdə hakim Azər Paşayevin hökmü ilə Ruhid Əkbərov 3 il müddətinə azadlıqdan məhrum edilib. İstintaq zamanı azadlıqda qalan vəkil məhkəmə zalında həbs edilib.

R.Əkbərov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurduqda) maddəsi ilə təqsirləndirilir. O, iki vətəndaşa 50 min manatdan çox pul “atmaq”da ittiham edilir.

Məlumata görə, R.Əkbərov vətəndaşlardan onların yaxınlarının cinayət işi üzrə bəraət yaxud digər yüngülləşdirici qərar verilməsinə nail olacağını vəd edərək külli miqdarda pul alıb.