top of page

Taksi sürücülərinin nəzərinə



Oktyabrın 1-dən Azərbaycanda fəaliyyət göstərən taksi sürücülərindən də 2-ci doza peyvənd olunmalarına dair COVID-19 pasportu tələb olunacaq. Bəs bu qərarı taksi şirkətləri necə qarşılayır?


Ölkədəki taksi şirkətlərindən birinin direktor müavini Ceyhun Məmmədli açıqlamasında verilən qərarı müsbət qarşıladıqlarını bildirib:


“Dövlət COVID-ə qarşı mübarizə aparır. Taksi də ictmiai nəqliyyat olduğuna görə onun sürücüləri daim insanlarla əlaqədə olur. Ona görə də onların peyvəndlənməsi mütləq vacibdir. Bu qərar gözlənilən idi və belə bir addım atılmalı idi”.


Müsahibimiz əməkdaşı olduğu şirkətdə sürücülərin əksəriyyətinin peyvənd olunduğunu qeyd edib:


“Taksi sürücüləri Bakı Nəqliyyat Agentliyindən fərqlənmə nişanı alırlar. Düşünürəm ki, COVID pasportu olmayan sürücüyə fərqlənmə nişanı verilməyəcək. Biz də sürücüləri işə götürəndə onlardan VÖEN və fərqlənmə nişanı tələb edirik. Şirkətin nəzdində olan sürücülərin isə artıq 70 %-ə yaxını peyvəndlənib və bu proses hazırda davam edir”.

コメント


bottom of page