Təzəpir məscidində bayram namazı qılınıb (FOTO)


Bu gün Təzəpir məscidində Ramazan bayramı namazı qılınıb.

Muğan TV-nin məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadənin iştirak etdiyi bayram namazı karantin qaydalarına uyğun olaraq məhdud sayda insanın iştirakı ilə baş tutub.

Qeyd edək ki, bu gün Azərbaycanda Ramazan bayramı qeyd olunur.