"Təhsil Nazirliyi yalnız anonim olmayan şikayətləri araşdırır"- Emin Əmrullayev


Məktəblərdə xoşagəlməz hadisələrin baş verməsinə səbəb olan hallara yol verilir, ancaq bacardıqda həmin hallara qarşı mübarizə aparılır.


Muğan tv-i Trend-ə istinadən bildirir ki, bunu Təhsil naziri Emin Əmrullayev bildirib.

Nazirin sözlərinə görə, məktəblərdə kontingent geniş olduğundan orada hər gün xoşagəlməz halların olması mümkündür:


"Bu halların aradan qaldırılması üçün məktəb direktorları və yerli təhsil şöbələrinin üzərinə böyük məsuliyyət düşür".


E.Əmrullayev bildirib ki, nazirlik yalnız anonim olmayan şikayətləri araşdırır.