“Yay fəsli olduğu üçün səyahət edən insanların sayı artıb. Bu özü də bir növ risk faktorudur”.
Bunu Muğan TV-yə açıqlamasında TƏBİB-in İnfeksion nəzarətin təşkili şöbəsinin müdiri Nəzrin Mustafayeva deyib. Onun sözlərinə görə, insanlar uçuşlar zamanı uzun müddət qapalı məkanda olurlar, bu da yoluxma riskini artırır:
“Bu zaman maskalardan istifadə tövsiyə olunur. Sevindirici haldır ki, hazırda xəstəlik yüngül simptomlarla keçir, ağırlaşma və ölüm halları azalıb. Lakin risk qrupunda olan vətəndaşlarımızın özünü qoruması çox vacibdir. İnsanlara daha çox açıq havada zaman keçirməyi və buster doza vaksinləri vurdurmağı tövsiyə edirik”.
Comments