Türkiyənin Kahramanmaraş vilayətində meşə yanır.
Muğan tv xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.
Bildirilib ki, hadisə Onikişubat rayonunda qeydə alınıb. Hazırda yanğının söndürülməsi üçün havadan və qurudan müdaxilə edilir.
Yanğının söndürülməsinə dörd helikopter, bir pilotsuz uçuş aparatı (PUA), 13 su çiləyici, beş su tankeri, üç ilkin müdaxilə texnikası, dörd iş maşını, altı yanğınsöndürən maşın və 20-si könüllü olmaqla 130 nəfərlik şəxsi heyət cəlb olunub.
Vətəndaşların əraziyə daxil olmasına icazə verilmir.
Bundan başqa, bildirilib ki, Türkiyənin Denizli vilayətində də meşə yanır. Oradakı yanğının söndürülməsi üçün də havadan və qurudan müdaxilə edilir.
Yanğının səbəbi məlum deyil.
Comments