Türkiyənin Gümüşhane şəhərinin Kelkit rayonunda 4,3 maqnitudalı zəlzələ olub.
Muğan TV xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin verilənlərindən məlum olub.
Bildirilib ki, yeraltı təkanların dərinliyi 15,03 km olub. Seysmohadisə Bakı vaxtı ilə saat 02:15-də qeydə alınıb.
Dağıntı və ya tələfatlar bağlı məlumat verilməyib.
Xatırladaq ki, daha öncə İstanbulun yaxınlığında zəlzələ qeydə alınmışdı.
Röya Ağayeva
Comentarios