Türkiyə və İspaniya müdafiə nazirləri arasında telefon danışığı olub


Türkiyənin milli müdafiə naziri Hulusi Akarla İspaniyanın müdafiə naziri Margarita Robles Fernandes arasında telefon danışığı olub.


"Muğan TV" Türkiyə KİV-nə istinadən xəbər verir ki, telefon danışığı faydalı və müsbət əhval-ruhiyyədə keçib.


Türkiyə Milli Müdafiə Nazirliyi tərəfindən verilən rəsmi açıqlamada nazirlər arasında NATO ilə yanaşı ikitərəfli münasibətlər, regional təhlükəsizlik və müdafiə sənayesi sahəsində birgə əməkdaşlığın gücləndirilməsi məsələləri müzakirə olunub.