top of page

Türkiyə MN: “Taxıl sazişi”nin bərpası istiqamətində işlərimiz davam edir”


“Taxıl sazişi”nin bərpa olunması istiqamətində işlərimiz davam edir”.


Muğan TV xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin yaydığı bəyanatda bildirilib.


Qeyd olunub ki, Türkiyə Rusiya və Ukrayna arasında davam edən prosesləri, həmçinin regiondakı durumu diqqətlə izləyir: “Təşəbbüsümüzün davam etməsini istəyirik”.

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba daha əvvəl sazişin bərpa olunacağına inamını ifadə edib.


Xatırladaq ki, BMT Təhlükəsizlik Şurasının Ukrayna ilə bağlı keçirilən iclasında əksər ölkələr Rusiyanı "Taxıl sazişi"nin müddətini uzatmağa çağırıb. Sənədin müddəti iyulun 17-də başa çatıb və Moskva hələlik iştirakını yeniləmək niyyətində olmadığını açıqlayıb.

Rəsmi Moskvanın bu ay dördtərəfli (Ukrayna, Türkiyə, BMT və Rusiya) “Taxıl sazişi”ndən çıxması Odessa ətrafında hərbi vəziyyəti gərginləşdirməklə yanaşı, qlobal humanitar böhran təhlükəsi yaradıb.


Türkiyə və Rusiya liderlərinin avqustda keçiriləcək görüşündə sözügedən məsələnin müzakirə olunacağı gözlənilir.


Röya Ağayeva

コメント


bottom of page