Türkiyə bir neçə əlil qazimizi protezlə təmin edib (FOTO)


Müxtəlif səbəblərə görə əlil olan insanlara ortez-protez dəstəyi verən Beynəlxalq Həkimlər İttifaqı (AID) Dağlıq Qarabağ müharibəsindən sonra əzalarını itirən qaziləri - Azərbaycan vətəndaşlarını - Türkiyəyə gətirərək protezləri onlara təqdim etməyə başlayıb.

Trend-in məlumatına görə, AID Bakıda üçölçülü skanerdən istifadə edərək xəstələrin protez ölçmələrini aldıqdan sonra İstanbuldakı mərkəzə göndərərək protezlərin hazırlanmasına başlanılıb.

3D skanerlə aparılan ölçmələr sayəsində xəstələr ölkəyə ayaq basmadan protezlər istehsal edilib. Layihə çərçivəsində Türkiyəyə gətirilən ilk protez xəstələrə aeroportda taxılıb. Hava limanında protezini alan xəstə daha sonra oteldə ayağa qalxaraq yeriməyə başlayıb.

Xəstələrin lazımi fiziki müalicə və reabilitasiya prosesləri İstanbulda həyata keçirildikdən sonra onların Vətənə qayıtmaları təmin ediləcək.

Bu günə qədər bir çox ölkənin vətəndaşlarını ortez-protezlə təmin edən Beynəlxalq Həkimlər İttifaqı (AID) rəsmiləri son həftələrdə qardaş ölkə Azərbaycan üçün müvafiq tədbirlər görərək protez ehtiyaclarını təyin etmək üçün Azərbaycana səfərlər həyata keçiriblər.

edilməsi istiqamətində intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.