top of page

Türkiyə şirkətləri Azərbaycanda birgə biznes təşəbbüslərinin reallaşdırılmasında maraqlıdır


Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Türkiyənin bir qrup iş adamı ilə görüşüb.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə agentliyin fəaliyyəti, yerli KOB-larla yanaşı, xarici ölkələrin iş adamlarına və investorlara göstərdiyi dəstək və xidmətlər barədə məlumat verilib. Qeyd olunub ki, Türkiyə şirkətləri ölkəmizdə fəaliyyət göstərməkdə və bu istiqamətdə yerli KOB-larla əməkdaşlıqda və birgə biznes təşəbbüslərinin reallaşdırılmasında maraqlıdır.

Görüşdə KOBİA-nın Türkiyə şirkətlərinə göstərə biləcəyi dəstək və xidmətlərə, eləcə də əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.

Comments


bottom of page