top of page

Sumqayıtda piyadanın ölümü ilə bağlı cinayət işi başlanılıb


Sumqayıtda piyadanın ölümü ilə bağlı cinayət işi başlanılıb.

Şəhərin 17-ci mikrorayon ərazisində avtomobil piyadanı vuraraq öldürüb.

Belə ki, Mirzəzadə Aydın Azər oğlu etibarnamə əsasında idarə etdiyi "Kia Rio" markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 1950-ci il təvəllüdlü Məmmədzadə Eldar İsmayıl oğlunu vurub. Daha sonra piyada Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına yerləşdirilib. Lakin o, göstəril bütün tibbi yardımlara baxmayaraq, mayın 1-də orada ölüb.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.

Comments


bottom of page