Sumqayıtda mənzildə partlayış baş verib



Sumqayıt şəhərində mənzillərin birində partlayış baş verib.


Muğan TV, APA-ya istinadən bildirir ki,hadisə şəhərin 6-cı mikrorayon, ev 27, mənzil 161-də baş verib. Belə ki, mənzilin vanna otağında qaz sızması güclü partlayışla müşayət olunub. Partlayışın gücündən mənzilin pəncərəli qırılıb, parçaları küçəyə dağılıb. Mənzildə olan əşyalar yararsız hala düşüb. Hadisə zamanı xəsarət alan olmayıb. Müvafiq qurumların nümayəndələri hadisə yerinə cəlb olunub.


Hadisənin başvermə səbəbləri araşdırılır.