top of page

Sumqayıtda iki avtomobil toqquşub, xəsarət alanlar var


Bakı-Quba yolunun Sumqayıtdan keçən ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Muğan tv xəbər verir ki, hadisə zamanı Sumqayıt şəhər sakini, 1977-ci il təvəllüdlü Bayramov Fikrət Xanoğlan oğlunun idarə etdiyi "VAZ-2107" markalı avtomobillə Abşeron rayon sakini, 1976-cı il təvəllüdlü Məmmədov Əli Rza oğlunun idarə etdiyi "Kia" markalı avtomobil toqquşub.

Nəticədə "VAZ-2107"nin sürücüsü və sərnişini Sumqayıt şəhər sakini, 1983-cü il təvəllüdlü Əhmədəliyev Namiq Əvəzxan oğlu xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Comments


bottom of page