top of page

Sumqayıtda avtomobil 2 yaşlı körpəni vuraraq öldürüb


Sumqayıtda avtomobil 2 yaşlı körpəni vuraraq öldürüb.

Hadisə şəhərin Ceyranbatan bağları, “Beton zavod" adlanan ərazidə qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 1970-ci il təvəllüdlü Nabatalıyev Sübhi Nabatalı oğlu idarə etdiyi “BMW” markalı avtomobillə məhəllə arası küçədə arxaya doğru hərəkət edərkən ehtiyatsızlıqdan 2021-ci il təvəllüdlü X.Zamanovanı vurub. Nəticədə körpə aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.

Comments


bottom of page