
Sumqayıtda bədbəxt hadisə nəticəsində 47 yaşlı kişi ölüb.
Muğan Tv Apa-ya istinadən xəbər verir ki, hadisə fəaliyyətsiz olan Kompressorlar zavodunun söküntüsü zamanı baş verib. Belə ki, orada fəhlə işləyən 1975-ci il təvəllüdlü Abdullayev Rafiq Fərman oğlunun üzərinə beton parçası düşüb. Ağır bədən xəsarətləri alan 47 yaşlı kişi hadisə nəticəsində ölüb. Mərhumun meyiti müayinə olunmaq üçün aidiyyatı üzrə təhvil verilib.
Comentarios