STM-nin təşəbbüsü və dəstəyi ilə çəkilən, Vətən müharibəsi şəhidi, hərbi tibb
qulluqçusu Eldar Abdullayevə həsr olunmuş "Şəhidlər evə qayıdır" qısametrajlı bədii-
sənədli filmin təqdimatı keçirilib. Bununla bağlı Muğan tv-yə Mərkəzin İctimaiyyətlə əlaqələr bölməsindən məlumat verilib
Təqdimat mərasimində STM-nin tabeliyində olan tibb müəssisələrinin baş həkimləri,
şöbə müdirləri və şəhid ailələrinin üzvləri iştirak ediblər.
Şəhidlərin ruhunun birdəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səslənməsi
ilə başlayan təqdimat mərasimini giriş sözü ilə açan STM-nin direktoru Elnur
Azadxanov Zəfər tariximizdən, torpaqlarımızın düşmən təcavüzündən azad
edilməsində misilsiz qəhrəmanlıq göstərən Vətən müharibəsi şəhidləri və qazilərinin
göstərdikləri şücaət və fədakarlıqdan söhbət açıb, şəhidlərin əziz xatirəsini yad edib.
Direktor çıxışında 44 gün davam edən Vətən müharibəsinin Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi, xalq-ordu birliyinin möhtəşəm qələbə ilə başa çatmasının hər bir
Azərbaycan vətəndaşının qəlbində böyük qürur və iftixar hissi yaratdığını vurğulayıb.
E. Azadxanov müqəddəs yolda canlarını fəda edən, bizə böyük qələbəni yaşadan
qüdrətli Azərbaycan Ordusunun keçdiyi çətin döyüş yolundan, xalqımızın vətənpərvər
övladlarına göstərilən dövlət qayğısı və onlara olan ehtiramdan danışıb.
Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyyə Müzəffərova çıxışında
bildirib ki, Vətən üçün tökülən hər damla qan, verilən hər can ərazi bötüvlüyümüzün
təmin olunmasına səbəb olub. Ü. Müzəffərova qeyd edib ki, qəhrəman şəhidlərimiz,
qazilərimiz daim xalqımızın qəlbində yaşayacaq. O, şəhid ailələrinin daim dövlətin
diqqət və qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırıb.
"Şəhid Analarına Dəstək" İctimai Birliyinin sədri, Aprel şəhidi Əbdülməcid Axundovun
anası Ceyran Həsənova igid oğullarımızın həyatlarının təbliği, vətənpərvərlik ruhunda
həyata keçirdiyi tədbirlərdən söz açıb.
Şəhid Eldar Abdullayevin qardaşı Teymur Abdullayev çıxış edərək göstərilən diqqət
və qayğıya görə öz minnətdarlığını bildirib.
Sonda tədbir iştirakçıları "Şəhidlər evə qayıdır" adlı filmi izləyiblər.
コメント