“Speys”in yeni rəhbəri Mətanətin verilişini bağladı



Speys TV-nin rəhbəri vəzifəsini müvəqqəti icra edən Kamil Şahverdiyev tanınmış aparıcı Mətanət Əliverdiyevanın verilişini bağlayıb.


Muğan.TV Yenisabah.az-a istinadən xəbər verir ki, onun aparıcılığını etdiyi “Hər səhər Mətanətlə” proqramı artıq iki gündür yayımlanmır.

İddialara görə kanalın rəhbəri verilişin yayımını dayandırıb.

Qeyd edək ki, K. Şahverdiyev uzun illərdir Speys TV-də çalışır. Kinorejissor Vaqif Mustafayev bir müddət əvvəl Speys TV-nin rəhbəri vəzifəsindən azad edilib.


Muğan.TV