top of page

SOCAR dənizdə təhlükəsizlik tədbirlərini gücləndirib



Respublika ərazisində hava şəraitinin kəskin dəyişməsi, küləkli, qeyri-sabit keçməsi ilə əlaqədar olaraq SOCAR-ın “Azneft” İstehsalat Birliyinin dənizdəki istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib.


Məlumata görə, təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər görülüb.


“Bununla yanaşı, bütün sahələrdə maarifləndirmə işləri aparılır, mövcud vəziyyət nəzarət altındadır”, - məlumatda qeyd olunub.

Comments


bottom of page