top of page

Silah və narkotik vasitələr satan şəxslər tutularaq cinayət məsuliyyətinə cəlb ediliblər


Abşeron Rayon Polis İdarəsinin Qobu polis bölməsi əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Hökməli qəsəbəsində keçirdikləri tədbir nəticəsində yaşadığı evdə qanunsuz odlu silah-sursat gizlədən şəxs saxlanılıb.

MUĞAN TV AZƏRTAC-a istinadən bildirir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, bölməyə əvvəllər məhkum olunmuş Mais İsmayılovda silah olması barədə məlumat verilib. Həmin şəxs qısa zamanda saxlanılıb. Onun evinə baxış zamanı “Kalaşnikov” markalı avtomat, 30 patron və patron darağı aşkarlanaraq götürülüb. Mais İsmayılov odlu silah-sursatı iki ay əvvəl tapdığını, polisə təhvil verməyərək satmaq məqsədilə evində gizlətdiyini bildirib.

Qobu polis bölməsi əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan daha bir nəfər saxlanılıb. Əməliyyat zamanı Qobu qəsəbəsi sakini Elvin Hacıəliyev tutularaq istintaqa təqdim edilib. Onun üzərində axtarış aparılan zaman 85 qram heroin və 20 qram metamfetamin aşkarlanaraq götürülüb. Həmin şəxs ifadəsində heroini sosial şəbəkələrdə tanış olduğu xarici ölkə vətəndaşından əldə etdiyi bildirib. O, Qobu və ətraf qəsəbələrdə narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Hər iki faktla bağlı Qobu polis bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib. Saxlanılan şəxslərlə bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Comments


bottom of page