top of page

Serxio Peres: “Azərbaycan Qran-prisi çempionluq yolunda vacib yarışdır”


“Azərbaycan Qran-prisi çempionluq yolunda vacib yarışdır”.

Bunu “Red Bull”un pilotu Serxio Peres “Formula 1” üzrə dünya çempionatında mövsümün dördüncü mərhələsi ilə bağlı danışarkən deyib.

Meksikalı sürücü hədəfinin mövsümü çempion kimi tamamlamaq olduğunu bildirib. O, hətta komanda yoldaşı Maks Ferstappenlə rəqabət aparmaqdan da çəkinmir: “Maks hazırda məndən 15 xal öndədir. Buna baxmayaraq, qarşıda hələ çox mərhələlər olacaq. Azərbaycan Qran-prisindən başlayaraq, uğurlu seriya yaxalamaq istəyirəm. Burada bir dəfə qalib olmuşam. Bu uğuru təkrarlamağa çalışacağam”.

Qeyd edək ki, Azərbaycan Qran-prisi aprelin 28-30-u tarixlərində keçiriləcək.

bottom of page