top of page

Serbiya səfiri tezliklə Ukraynaya qayıdacaq


Serbiyanın Ukraynadakı səfiri tezliklə Kiyevə qayıdacaq. Muğan tv xəbər verir ki, bunu Serbiya Prezidenti Aleksandr Vuçiç Ukraynanın xarici işlər naziri Dmitro Kuleba ilə görüşündən sonra özünün instaqram səhifəsində bildirib.

“Biz ikitərəfli münasibətlərin yaxşılaşdırılmasını müzakirə etdik və razılaşdıq ki, tezliklə iki ölkənin sahibkarları üçün iqtisadi forum təşkil edək”, - Vuçiç, həmçinin qeyd edib.

Qeyd edək ki, 2022-ci il martın əvvəlində Serbiyanın Kiyevdəki səfirliyi təhlükəsizlik səbəbi ilə fəaliyyətini dayandırıb və işçilər Belqrada təxliyə edilib.

Commenti


bottom of page