top of page

Salyanda su quyuları quruyub


Salyanda ilk dəfədir ki, su quyuları quruyub.


Muğan TV-in məlumatına görə, Salyan şəhərində hər iki evdən birinin həyətində su quyusu mövcuddur.


Sakinlərin sözlərinə görə, divarları qırmızı kərpicdən hörülmüş və dərinliyi 10-15 metr arasında olan su quyularından bağlardakı meyvə ağaclarının suvarılmasında, məişətdə daim istifadə ediblər. Yəni, su quyuları onların gündəlik həyatında mühüm rol oynayıb.


Sakinlər onu da deyib ki, bir əsrdən çox yaşı olan həyətlərdəki su quyuları ilk dəfədir qurumağa başlayıb. Daha doğrusu, onların əksəriyyəti artıq quruyub. Vəziyyətin bu həddə çatması hər kəsin ciddi narahatlığına səbəb olub.


Ekoloqların fikrincə, son illər Kür çayında suyun səviyyəsinin minimum həddən aşağı düşməsi su quyularının da qurumasına gətirib çıxarıb.


Onlar hesab edir ki, Kür çayında suyun tənzimlənməsi məqsədi ilə vaxtında qabaqlayıcı tədbirlər görülməlidir. Əks halda, vəziyyət günü-gündən pisləşəcək. Bu isə gələcəkdə ekoloji tarazlığın pozulmasına gətirib çıxaracaq.



Ləman Hafizi




Comments


bottom of page