
Salyanda şəxsiyyəti məlum olmayan piyadanı avtomobil vuraraq öldürüb.
Hadisə Salyan rayonunun Qarabağlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Hələlik şəxsiyyəti məlum olmayan piyadanı yolu keçərkən evakuator vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb. Onun şəxsiyyətinin müəyyən olunması istiqamətində istintaq hərəkətləri davam etdirilir.
Meyit müayinə olunmaq üçün Neftçala Patoloji Anatomiya və Məhkəmə Tibbi Ekspertiza Birliyinin Neftçala rayon şöbəsinə yerləşdirilib.
Faktla bağlı BDYP tərəfindən araşdırma aparılır.
Comments