top of page

“Salyan” yarımstaniyası yenidən qurulur


“AzərEnerji” ASC 110/35/6 kilovoltluq “Salyan” yarımstansiyasını tam yenidən qurur.

Bu barədə “AzərEnerji” məlumat yayıb.

Bildirilir ki, respublikanın Cənub regionunun enerji təchizatının yaxşılaşdırılması, istehlakçıların fasiləsiz olaraq keyfiyyətli elektrik enerjisi ilə təmin edilməsi, enerjisistemin dayanıqlığının və etibarlığının artırılması məsədilə 71 il əvvəl tikilən “Salyan” yarımstansiyası istismar müddətini çoxdan başa vurub.

Qeyd edək ki, sistem əhəmiyyətli “Salyan” yarımstansiyası Salyan, Neftçala və Biləsuvar rayonlarının böyük hissəsini elektrik enerjisi ilə təmin edir. Yarımstansiyada 110 kilovoltluq Açıq Paylayıcı Qurğu yenidən qurulur, ərazidə yeni rəqəmsal İdarəetmə Mərkəzi tikilir. Yerli SCADA, müasir mikroprosessor tipli rəqəmsal idarəetmə, mühafizə və avtomatika sistemləri, sabit və dəyişən cərəyan qurğuları ilə təchiz olunanan İdarəetmə Mərkəzində rayonun perspektiv inkişafını nəzərə alınaraq 356 kilovoltluq Qapalı Paylayıcı Qurğularda ehtiyat yuvalar yaradılır.

Məlumatda deyilir ki, “Salyan” yarımstansiyasının yenidən qurulması ilə qəzaların qarşısının alınmasına, yarımstansiyadan qidalanan tələbatçıların daha etibarlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunmasına, şəbəkədə texniki itkilərin minimuma endirilməsinə nail olunacaq.

Comments


bottom of page