top of page

Sabah Şəmkirin qaz təchizatında fasilə yaranacaq


Sabah Şəmkir rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, SOCAR-ın "Qaz İxrac" İdarəsinə məxsus “Qazıməmməd-Qazax” (1-ci xətt) yüksək təzyiqli magistral qaz kəmərində (304,5-ci km-də) görüləcək təmir işləri ilə əlaqədar, dekabrın 30-da saat 10:00-dan işlər başa çatanadək “Şəmkir-1 Əhali”, “Şəmkir-2 Sənaye” , “Əliyaqublu 1 və 2”, “Çinarlı əhali” və “Çinarlı Sənaye” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Şəmkir rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Comentarios


bottom of page