AFFA İntizam Komitəsi "Sabah"ın baş məşqçisi Murad Musayevi bir oyunluq cəzalandırıb.
Buna 40 yaşlı mütəxəssisin "Səbail"ə 1:2 hesabı ilə uduzduqları Premyer Liqanın XXIX tur oyununda ikinci sarı vərəqəni alması səbəb olub.
Paytaxt təmsilçisi Musayevə görə 800 manat məbləğində cərimələnib.
Qarşılaşmada qırmızı vərəqə alan komandanın futbolçusu Con İrasabal da eyni cəza ilə üzləşib və klubu 200 manat ziyana salıb.
Bundan əlavə, "Sabah" 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 800 manat ödəməli olacaq.
Qarşılaşma başa çatdıqdan sonra meydana kənar şəxslər daxil olub. Buna görə "Səbail" 1600 manat məbləğində cərimələnib.
댓글