
Saatlıda qəza baş verib.
Muğan TV apa-ya istinadən xəbər verir ki, Saatlı rayonunun Qazanbatan kəndi ərazisində baş verən avtoqəzada avtomobildə olan sərnişin Saatlı şəhər sakini, 1987-ci il təvəllüdlü Ağayev Xalıq Zəfər oğlu aldığı xəsarətlərdən ölüb. Sürücü yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Röya Ağayeva