Saatlıda avtomobil piyadanı vuraraq ağır yaralayıb


Saatlıda avtomobil piyadanı vuraraq ağır yaralayıb.

Muğan TV-I APA-ya istinadən bildirir ki, hadisə Saatlı şəhərində qeydə alınıb.

"Opel" markalı avtomobil yolu keçən İmişli sakini, 1986-cı il təvəllüdlü Cavadov Elçin Mehman oğlunu vurub. Piyada ağır xəstələrlə Şirvan şəhər xəstəxanasına yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.