Saatlı sakini pensiya almadığı üçün şikayət edir. (Video)



“Xəstəliyimlə bağlı iki dəfə Respublika xəstəxanasında yatmışam. Bununla əlaqədar kağız da vermişəm, lakin iki dəfə imtina cavabı gəlib və deyiblər ki, bu xəstəliyə pensiya düşmür. Bir neçə yerə müraciət etsəm də, lakin müraciətimə baxılmır”.

Bu sözləri Muğan TV-yə müsahibəsində Saatlı rayonunun Sarıcalar kənd sakini Nuriyeva Könül Nəbi qızı deyib. O, icra başçısına iki il bundan əvvəl müraciət etsə də, icra başçısının müavinindən yox cavabı alıb. Şikayətçi xəstəliyinin zəif yazılması səbəbindən ona pensiya yazılmadığını bildirir. Sağlığı ilə bağlı qurumlardan yardım istəyən şikayətçinin əllərində deformasiya gedir. Xəstəliyinin olmasına baxmayaraq, ona heç bir yerdən yardım edilmir”.