top of page

Səudiyyəli qadınlar Həcc ziyarətinə kişilərsiz gedə biləcəklər


Səudiyyə Ərəbistanı qadınlar üçün yeni bəyanat hazırlayıb.

İlk dəfə olaraq qadınlar Həcc ziyarətinə məhrəm sayılan kişinin müşayiəti olmadan gedə biləcəklər.

Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyinin bəyanatına əsasən, qadınların Həcc və Ümrə ziyarəti üçün təqdim etdikləri elektron formaya müşayiət edən şəxs (ər, qardaş, ata və ya oğul) əlavə edilir. Bu şəxslərin əlavə edilməsi sərbəst xarakteri daşıyır və anketi dolduran qadının öz ixtiyarındadır.

Bildirilir ki, müşayiətsiz halda müsəlman qadın həcc ziyarətinə qadın qrupunun tərkibində getməlidir.

Comments


bottom of page