Bu gündən avtomobil nəqliyyatı ilə şəhərlərarası və rayonlararası sərnişindaşımada COVID pasportu tələb olunur.
Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov isə Trend-ə açıqlamasında qeyd edib ki, avtomobil nəqliyyatı ilə şəhərlərarası və rayonlararası sərnişindaşımada COVID pasportu olmayan sürücülər gün ərzində siyahıya alınacaq: "Sərnişindaşımada çalışan hər kəsi nizam-intizama dəvət edirəm. Bu gün qoyulan tələblər, qayda-qanunlar müzakirə edilmədən yerinə yetirilməlidir. Qaydaları pozanlar məsuliyyətə cəlb olunacaqlar.
İnanırıq ki, sərnişindaşımada çalışanlar, ümumiyyətlə istənilən hərəkət iştirakçısı həm özünü qorumalı, həm də başqalarını yoluxdurmamalıdır.
Bizim fikrimiz inzibati cəza tətbiq etməkdən çox profilaktik tədbirlərə üstünlük verməkdir."
Comments