top of page

Səfir: "Qarabağ qələbəsi Naxçıvanın strateji əhəmiyyətini daha da ön plana çıxarıb"


"İkinci Qarabağ müharibəsindəki tarixi qələbə "Türk qapısı" adlandırılan Naxçıvanın strateji əhəmiyyətini bir daha ön plana çıxarıb".

"Muğan TV"- nin xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovla görüşü zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan-Türkiyə münasibətləri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev ilə Türkiyənin keçmiş Prezidenti Süleyman Dəmirəl tərəfindən vaxtilə iki ölkə arasında təməli qoyulmuş əlaqələrin davamıdır.

Comments


bottom of page