top of page

Rusiyadan Paşinyana: Həqiqətin gözünə bax!



Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinin irəliləməsində maraqlıdır. Üstəlik, Rusiyanın “xüsusi əməliyyatı” fonunda xarici siyasətin bəzi sahələrinin Moskva üçün daha az prioritet olmasına dair söhbətlərin faktiki əsası yoxdur.


Muğan TV xəbər verir ki, bunu Rusiya Xarixi İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Ermənistan Baş naziri Nikol Paşinyanın İrəvan-Bakı münasibətlərinin normallaşması çərçivəsində Moskvanın fəallığının azalması ilə bağlı açıqlamasına cavab verərkən deyib.


“Rusiya regionda davamlı sülh və harmoniyaya nail olmaq üçün hər şeyi edir və bu, Cənubi Qafqaza tamamilə aiddir. Əgər son aylarda Rusiyanın iştirakı ilə ən yüksək səviyyədə silsilə təmaslar baş veribsə, hansı aktivliyin azalmasından danışmaq olar.


O cümlədən, mayın 25-də Ermənistan, Rusiya və Azərbaycan liderlərinin üçtərəfli görüşü, iyunun 2-də baş nazir müavinlərinin həmsədrliyi ilə nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması üzrə üçtərəfli işçi qrupunun 12-ci iclası, mayın 19-da və iyulun 25-də - 3 ölkə xarici işlər nazirlərinin üçtərəfli danışıqları keçirilib. Bu yavaşlamadır? Həqiqətin gözünə baxmaq lazımdır. Yəqin ki, bunlar mühakimələr, şəxsi fikirlər, bəlkə də emosiyalardır, amma faktları dinləməyə dəyər. Məntiq qaranlıqdır, adamda belə bir fikir yaranır ki, 2022-ci ilə qədər bu istiqamətdə hər şey Ermənistan rəhbərliyinin nöqteyi-nəzərindən problemsiz olub”, - Zaxarova bildirib.


Mehriban Mirzəzadə

Comments


bottom of page