Rusiyada qəzaya uğrayan təyyarədəki bütün şəxslər ölüb



Rusiyanın Kamçatka bölgəsində qəzaya uğrayan təyyarədəki bütün sərnişinlər ölüb.

“Report” xəbər verir ki, bunu ölkənin Fövqəladə Hallar Nazirliyinin əməkdaşı bildirib.

O qeyd edib ki, təyyarənin göyərtəsindəki 22 nəfər sərnişindən və 6 ekipaj üzvündən sağ qalanı yoxdur.

Rusiya Hava Nəqliyyatı Federal Agentliyi də təyyarənin qalıqlarının tapıldığını təsdiqləyib