top of page

Rusiyada hərbi hissədə partlayış və yanğın olub


Rusiyanın Rostov vilayətinin Novoçerkassk şəhəri yaxınlığındakı Persianov qəsəbəsində yerləşən 150-ci motoatıcı diviziyanın hərbi hissəsində partlayış və yanğın olub.

Mugantv yerli KİV-ə istinadən xəbər verir ki, hərbi hissəsinin korpuslarından biri tamamilə yanıb.

Hadisənin yanğın təhlükəsizliyi qaydalarının pozulması nəticəsində baş verdiyi bildirilib. Rəsmi qurumlar yanğınla bağlı açıqlama yaymayıb.

Məlumata görə, hərbi hissə 2016-cı ildə istifadəyə verilib.

Comments


bottom of page