Rusiya Xəzər regionunda əməkdaşlığı gücləndirmək niyyətindədir.
Bu barədə müddəalar Rusiya Prezidenti Vladimir Putinin martın 31-də təsdiqlədiyi yeni xarici siyasət konsepsiyasında əksini tapıb.
Sənədə əsasən, yaxın xarici ölkələrin sülh, mehriban qonşuluq, davamlı inkişaf və firavanlıq zonasına çevrilməsi üçün Rusiya 5 Xəzəryanı dövlətin müstəsna səlahiyyətlərinə əsaslanaraq bu regionla bağlı bütün məsələlərin həlli məqsədilə Xəzər dənizi hövzəsində əməkdaşlığın gücləndirilməsinə üstünlük vermək niyyətindədir.
Konsepsiyada qeyd olunub ki, həmçinin qeyri-qanuni miqrasiyaya qarşı mübarizə və beynəlxalq miqrasiya proseslərinin tənzimlənməsinin təkmilləşdirilməsi məqsədilə Moskva Rusiyaya münasibətdə konstruktiv siyasət aparan MDB ölkələri ilə bu sahədə əməkdaşlığın gücləndirilməsinə üstünlük verməyi planlaşdırır.
Comments