top of page

Rusiya Ukraynaya məxsus 3 kateri batırdı



Rusiya Xersonda Ukrayna Silahlı Qüvvələrinə məxsus üç kateri məhv etdiyini bildirib.


MuğanTV Axar.az-a istinadən xəbər verir ki, regionun fövqəladə hallar xidmətinin nümayəndəsinin sözlərinə görə, Rusiya tərəfi həmin qayıqların Dnepr çayını keçmək istərkən vurulduğunu açıqlayıb. Məlumatda o da bildirilir ki, Rusiyanın “Dnepr” qoşun qruplaşmasının birləşmələri 12 ukraynalı hərbçini də öldürüb.


“Xerson istiqamətində Rusiya Ukraynanın sutka ərzində 120 mm-lik minaatan ekipajı və "Msta-B" qaubitsasını, Dudçan vilayətinin Kaxov istiqamətində Ukrayna Silahlı Qüvvələrinin doqquz hərbçisini məhv edib”, - deyə məlumatda bildirilib.

Commenti


bottom of page