Xerson vilayətinin Ukraynanın nəzarəti altında olan hissəsinə Rusiya silahlılarının artilleriyadan atəş açması nəticəsində 1 nəfər ölüb, 7 nəfər yaralanıb.
Mugantv UNIAN-a istinadən xəbər verir ki, bunu Xerson vilayəti hərbi administrasiyasının başçısının birinci müavini Yuri Sobolevski bildirib.
Məlumata görə, Rusiya hərbçiləri vilayətin Mərkəzi bazar rayonunu artilleriya atəşinə tutublar.
Comments