top of page

Rusiya səfiri Polşa XİN-ə çağırılıb



Rusiyanın Varşavadakı səfiri Sergey Andreyev Rusiya Prezidenti Vladimir Putinin Polşa haqqında söylədiyi fikirlərə görə Polşa Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.


Muğan TV TASS-a istinadən xəbər verir ki, bu barədə Polşa xarici işlər nazirinin müavini Pavel Yablonski məlumat verib.


Onun sözlərinə görə, səfir V.Putinin bəyanatları, həmçinin Rusiyanın Polşa və onun müttəfiqlərinə qarşı digər qeyri-dost hərəkətləri ilə əlaqədar Xarici İşlər Nazirliyinə çağırılıb.


P.Yablonski Rusiya səfiri ilə görüşün çox qısa keçdiyini deyib.


Mehriban Mirzəzadə

Comments


bottom of page