
Rusiya sülhməramlıları Kəlbəcər rayonuna 20 yük avtomobilindən ibarət 130 ton humanitar yükün çatdırılmasını təmin edib.
Rusiya Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən Muğan TV, APA-ya istinadən verdiyi məlumata görə, sosial obyektlərin və yaşayış evlərinin enerji və su təminatı sistemlərinin bərpa olunması məqsədilə Rusiya Humanitar Reaksiya Mərkəzinin yeddinci karvanı 130 tondan çox yükü (elektrik avadanlıqları, dəmir-beton konstruksiyalar və inşaat malları) Kəlbəcər rayonuna çatdırıb.
“Yardım Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr tarixli sazişi çərçivəsində Azərbaycan tərəfinə göstərilib”, - deyə Rusiya MN-in məlumatında qeyd olunub .
Comments