top of page

Rusiya ordusu Xersona hücum edib, 2 mülki şəxs ölüb, 3 polis əməkdaşı yaralanıb


Rusiya Silahlı Qüvvələri bu gün Ukraynanın Xerson şəhərini atəşə tutublar.

Bunu Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak teleqramda yazıb.

Onun sözlərinə görə, hücum nəticəsində 2 nəfər qadın həlak olub.

Daxili İşlər Nazirliyi isə məlumat yayıb ki, Rusiyanın hava hücumu nəticəsində hüquq-mühafizə orqanlarının 3 əməkdaşı yaralanıb.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb.

Comments


bottom of page