top of page

Rusiya Müdafiə Nazirliyinin təyyarəsi qəzaya uğrayıb


Rusiya Müdafiə Nazirliyinin təyyarəsi ölkənin Belqorod vilayətində qəzaya uğrayıb.

Məlumatı TASS yayıb.

Qeyd olunub ki, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov bildirib.

O, qəzanın səbəbinin araşdırıldığını söyləyib.

Qubernator bildirib ki, hazırda hadisə yerində istintaq qrupu və ölkənin Fövqəladə Hallar Nazirliyinin əməkdaşları fəaliyyət göstərir.

Comments


bottom of page