Rusiya - Azərbaycan matçının hakimləri kim olacaq?
top of page

Rusiya - Azərbaycan matçının hakimləri kim olacaq?



Qadınlardan ibarət Azərbaycan millisinin Rusiyaya qarşı keçirəcəyi dünya çempionatının Avropa zonası üzrə seçmə oyununun hakimləri açıqlanıb.


Muğan TV AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, görüşü Latviyadan olan hakimlər briqadası idarə edəcək.


Matçın referisi Viola Raudzinaya yan xətt hakimləri Liqa Didrike və Diana Vanaqa köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Yelena Yermolayeva yerinə yetirəcək.


Qeyd edək ki, sentyabrın 17-də Moskvada keçiriləcək Rusiya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.


bottom of page