top of page

Rusiya aviaşirkətləri digər ölkələrə uçuşları davam etdirir



Bir sıra ölkənin hava məkanından istifadəyə qoyduğu məhdudiyyətlərə baxmayaraq, Rusiya aviaşirkətləri beynəlxalq uçuşlar həyata keçirməyə davam edir.


Muğan Tv "APA-Economics"-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Nəqliyyat Nazirliyinin məlumatında deyilir.


Qeyd olunur ki, Rusiyanın altı aviadaşıyıcısı 8 ölkəyə uçuşlar həyata keçirir – Azərbaycan, Ermənistan, Belarus, Qırğızıstan, BƏƏ, Tacikistan, Türkiyə və Özbəkistan. Ümumilikdə həftədə 250 uçuş yerinə yetirilir.


Beynəlxalq uçuşlar üçün şirkətlər xaricdə saxlanılma riski olmayan təyyarələrdən, o cümlədən Rusiyanın 147 SSJ100 təyyarəsindən istifadə edir, nazirlik bildirir.


Eyni zamanda, 20 ölkədən 29 xarici aviaşirkət Rusiyaya uçuşlar həyata keçirir – Əlcəzair, Ermənistan, Bəhreyn, Belarus, Venesuela, İsrail, Hindistan, İraq, Qazaxıstan, Qətər, Qırğızıstan, Mərakeş, Monqolustan, BƏƏ, Serbiya, Suriya, Tacikistan, Hesabatda Türkmənistan, Türkiyə və Özbəkistan.


Rusiya şirkətləri əhalinin hava nəqliyyatına olan ehtiyaclarını təmin edir, pandemiya təcrübəsi lazımi qərarları tez bir zamanda qəbul etməyə imkan verib, nazirliyin məlumatında deyilir.


"Rusiya mülki aviasiyasının COVID-19 pandemiyası fonunda əldə etdiyi praktiki təcrübə hazırkı şəraitdə Rusiya əhalisinin nəqliyyat əlçatanlığını və hərəkətliliyini artırmaq üçün lazımi qərarları tez bir zamanda qəbul etməyə imkan verib", - məlumatda qeyd olunub.

Comentários


bottom of page