Rumen Radev: "Bolqarıstan Azərbaycanla strateji əməkdaşlığı yüksək qiymətləndirir"


Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Muğan TV-nin məlumatına görə, mətndə deyilir:

"Hörmətli cənab Prezident.

Milli bayramınız - 28 May - Respublika Günü münasibətilə ən səmimi təbriklərimi, xalqınıza sülh və əmin-amanlıq arzularımı qəbul etməyinizi xahiş edirəm.

Bu xoş fürsətdən istifadə edərək bildirmək istərdim ki, Bolqarıstan Respublikası xalqlarımız və ölkələrimiz arasındakı strateji əməkdaşlığı və mövcud ikitərəfli mükəmməl əlaqələri yüksək qiymətləndirir, bu münasibətlərin gələcəkdə daha da inkişaf etdirilməsini arzulayır.

Zati-aliləri, Sizə möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm.

Hörmətli cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi rica edirəm".