Rumıniyanın eks-prezidentinin qızı beş il həbs cəzası aldıRumıniyanın eks-prezidentinin qızı beş il


Muğan tv xəbər verir ki, bu haqda məlumatı Agerpres nəşri yayıb. Nəşrin yazdığına görə, qadın mənimsəmə və çirkli pulların yuyulmasına təhrikdə günahkar bilinir.


İstintaqa görə, ondan əlavə, ölkənin keçmiş turizm naziri Yelena Udrya da cinayətkar qrupun üzvü olub. Cinayətkarlar büdcədən pul oğurlayıb və Udreanın seçki qərargahına rəhbərlik etdiyi 2009-cu ildə Trayan Baseskunun seçki kampaniyasında istifadə ediblər.


Eyni işə görə keçmiş nazir də 8 il həbs cəzası alıb. O, günahını boynuna almayıb və ittihamları absurd adlandırıb.


Xatırladaq ki, Trayan Basesku 2004-2014-cü illərdə Rumıniyanın Prezidenti vəzifəsində çalışıb. Hazırda Avropa Parlamentinin üzvüdür.