Ronaldunun "Mançester Yunayted"dəki nailiyyəti yenilənib
top of page

Ronaldunun "Mançester Yunayted"dəki nailiyyəti yenilənib


Hazırda Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən Kriştianu Ronaldunun İngiltərə təmsilçisi "Mançester Yunayted"dəki nailiyyəti yenilənib.

Buna "qırmızı şeytanlar"ın hücumçusu Markus Reşford İspaniyada "Betis"ə 1:0 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab matçında fərqlənməklə nail olub.

26 yaşlı forvard mankunyanların heyətində avrokuboklarda 25-ci qoluna imza atıb. O, komandanın sabiq oyunçusu Kriştianu Ronaldunu (24 qol) geridə qoyub. Reşford bunlardan 13-nü Avropa Liqasında, 12-ni isə UEFA Çempionlar Liqasında vurub.

Qeyd edək ki, "Mançester Yunayted"də mütləq rekord Ueyn Runiyə (39 qol) məxsusdur.

bottom of page