“Rahat” supermarketlər şəbəkəsinin əməkdaşları Xocalı qurbanlarının xatirəsini yad ediblər



Bu gün Xocalı soyqırımının 29-cu ildönümüdür.


"Report" xəbər verir ki, “Rahat” supermarketlər şəbəkəsinin rəhbərliyi və digər əməkdaşları bununla əlaqədar soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.


Soyqırımı qurbanlarının xatirəsi ehtiramla yad edilib, abidənin önünə gül dəstələri qoyulub.