Rəmiş son mənzilə yola salınır - FOTO


Ötən gün vəfat edən tanınmış musiqiçi, Xalq artisti Rafiq Hüseynov (Rəmiş) son mənzilə yola salınır.

Muğan TV-İ unikal.org-a istinadən bildirir ki, mərhumun cənazəsi 1 saylı Kliniki Tibbi Mərkəzdən götürülərək dəfn olunması üçün "Qurd qapısı" qəbiristanlığına aparılır.

Rəmişlə ayrıca vida mərasimi keçirilməyəcək. Mərhumun ailə üzvləri, sənət dostları xəstəxananın qarşısına toplanıb. Xalq artistinin cənazə namazı xəstəxananın həyətində qılınıb.